REGİONLAR


Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılan hərbi qulluqçuların yola salma mərasimi təşkil olunub

A+ A

Şəmkir, 6 oktyabr, Famil Quliyev, AZƏRTAC

Oktyabrın 6-da Şəmkir hərbi korpusunda Azərbaycan Silahlı Qüvvələri sıralarından ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının yola salınması mərasimi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları, hərbi korpusun rəhbər şəxsi heyəti və rayon ictimaiyyəti, məktəblilər iştirak ediblər.

Mərasimdə çıxış edənlər bildiriblər ki, mütəşəkkil ordunun yaranması ulu öndər Heydər Əliyevin, bu ordunun nəinki Cənubi Qafqazda, eləcə də dünyanın güclü orduları sırasında yer alması isə Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır. Son illərdə ordumuzun maddi-texniki bazası daha da möhkəmləndirilib, yeni silahlar, döyüş texnikaları, zenit-raket kompleksləri, artilleriya qurğuları, təyyarə və helikopterlər alınıb. Şəxsi heyətin döyüş ruhu, mənəvi-psixoloji hazırlığı, vətənpərvərlik hissi yüksək səviyyədədir.

Çıxış edənlər xidməti başa vuran hərbi qulluqçulara Vətənə şərəflə xidmət etdikləri üçün təşəkkürlərini çatdırıb, onlara ölkəmiz naminə layiqli vətəndaş olmağı, gənc əsgərlərə isə Silahlı Qüvvələrimizin döyüş salnaməsinə parlaq səhifələr yazmağı, xalqımıza qələbə sevincini yaşatmağı arzulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.