SİYASƏT


Silahlı Qüvvələrdə “Ən yaxşı hərbi topoqraf” adı uğrunda yarış keçirilib

Bakı, 20 iyun, AZƏRTAC

2017-ci tədris ilinin hazırlıq planına əsasən, Silahlı Qüvvələrin topogeodeziya ixtisaslı zabitlərin “Ən yaxşı hərbi topoqraf” adı uğrunda yarışı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yeddi element üzrə təşkil olunan yarışda iştirakçılar ərazidə səmtləşmə, GPS vasitəsilə dayanma nöqtəsinin təyini, teodolitin quraşdırılması, xüsusi proqramda koordinatların çevrilməsi, xəritələrin nomenklatura üzrə birləşdirilməsi, ərazidə azimutla hərəkət və fiziki hazırlıq üzrə bacarıqlarını nümayiş etdiriblər.

Ümumi nəticəyə görə, zabitlər R.İsayev birinci, R.Nuhov ikinci və T.Məmmədov üçüncü yeri tutublar.

Yarış iştirakçıları eyni vaxtda müasir kartoqrafik proqram təminatlarının imkan və qabiliyyətləri ilə yaxından tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.