Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Silahlı Qüvvələrdə tolerantlıq və multikulturalizm həftəsi davam edir

Bakı, 23 avqust, AZƏRTAC

“Multikulturalizm ili” çərçivəsində Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına əsasən “Milli mənəvi, mədəni dəyərlərimizi yad təsirlərdən qoruyaq!” devizi altında keçirilən tolerantlıq və multikulturalizm həftəsi davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə nazirliyin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri, tanınmış ilahiyyatçılar iştirak edirlər.

Həftənin təşkili və keçirilməsinə məsul olan Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani bildirib ki, xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tolerantlıq və multikulturalizm sahəsində həyata keçirdiyi ardıcıl siyasət nəticəsində ölkəmiz artıq dünyada tolerantlığı dəstəkləyən dinlər və mədəniyyətlərarası dialoqun aparıcı qüvvəsinə çevrilib.

Dövlətimizin başçısının 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan olunması barədə Sərəncamı bütün xalqımız kimi Silahlı Qüvvələrin şəxsi heyəti tərəfindən də böyük rəğbətlə qarşılanıb. Həqiqətən müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq Azərbaycan əsrlər boyu milli mədəni rəngarənglik mühitinin formalaşdığı ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı bir diyar kimi tanınır. Silahlı Qüvvələr cəmiyyətimizin bir hissəsi olduğundan burada da tolerantlıq mühitinin, multikultural dəyərlərin təbliği şəxsi heyətin təlim-tərbiyəsində mühüm əhəmiyyət kəsb edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov çıxışında nəzərə çatdırıb ki, bu gün beynəlxalq, regional və ölkələr səviyyəsində ən çox müzakirə olunan məsələlərdən biri tolerantlıqdır. Dövlət başçımızın da dəfələrlə qeyd etdiyi kimi, tolerantlıq bizim həyat tərzimizdir, Azərbaycan xalqının əsrlər boyu formalaşan və çoxları üçün örnək olan xarakterik xüsusiyyətidir.

Müxtəlif tarixi dövrlərdə, elə indinin özündə də ölkəmizin ərazisində məskunlaşmış dini, etnik qruplar burada heç vaxt özlərini yad hesab etməyib, hətta yerli əhali ilə qaynayıb-qarışıb, qohumluq əlaqələri yaradıblar. Azərbaycanda yaşayan bütün xalqların sevinci də, kədəri də birdir.

Ötən əsrin əvvəllərindən başlayaraq vətənimizdə yaşayan türklər, ləzgilər, tatlar, yəhudilər, talışlar, kürdlər, ruslar və digər xalqların nümayəndələri erməni daşnaklarına qarşı mübarizədə azərbaycanlılarla bir səngərdə vuruşublar. Quba rayonundakı Qanlı dərə bu dostluğun, bu qardaşlığın bariz nümunəsidir. Daşnak qulduru Amazaspın qoşunlarına qarşı bu dərədə gedən qanlı vuruşlarda neçə-neçə xalqın qanı bir-birinə qarışıb. Onların davamçıları bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda, torpaqlarımızın işğaldan azad edilməsi naminə yenə də bir bayraq altında, bir amal uğrunda birləşiblər. Çünki müstəqil Azərbaycan bu torpaqda yaşayan bütün xalqların Vətənidir və bu torpağı qorumaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.

Polkovnik-leytenant Rasim Manafov şəhidlik zirvəsinə ucalan, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən yəhudi Albert Aqarunovun, rus İqor Makeyevin, ahısqa türkü İsgəndər Aznaurovun, belarus Anatoli Davidoviçin, ləzgi Fəxrəddin Musayevin və bir çox xalqların nümayəndələrinin Qarabağ döyüşlərində göstərdikləri rəşadət və şücaət nümunələrindən danışaraq vurğulayıb ki, bu gün Silahlı Qüvvələrimizdə onların yüzlərlə, minlərlə davamçıları var. Məhz bu dostluq, bu qardaşlıq, bu birlik aprel döyüşlərində də bir daha öz təsdiqini tapıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgə şöbəsinin müdiri Asif Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin Goranboy və Naftalan şəhərləri üzrə səlahiyyətli nümayəndəsi Anar Orucov bu tədbirlərin xüsusilə ordu gənclərinin həyatında müstəsna rol oynayacağını qeyd edərək bildiriblər ki, bu kimi görüşlər şəxsi heyətin həm döyüş ruhunun, həm vətənpərvərlik hissinin, həm də mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi istiqamətində öz müsbət təsirini göstərəcək.

Bakı şəhərindəki Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olduğu vaxtları xatırlayaraq ordumuzun bu gün daha güclü, qüdrətli, əsgər və zabitlərin isə daha intizamlı və peşəkar olduğunu bildirib.

Qeyd edək ki, bir neçə gün ərzində birlik, birləşmə və hərbi hissələrdə tolerantlıq və multikulturalizm həftəsi çərçivəsində müxtəlif mövzularda seminar, “dəyirmi masa”, disputlar, din xadimləri ilə görüşlər, söhbətlər təşkil olunub.

Hərbi qulluqçulardan rus Yuri Kurşinov, avar Oktay Hacıyev, ləzgi Sənan Allahverdiyev, tat Natiq Heybətov, talış Hamlet Nizamzadə və yəhudi Emin Razilov çıxış edərək Azərbaycan vətəndaşı kimi bu diyarın müdafiəsində dayanmalarından fəxrlə danışıblar. Onlar qonaqları əmin ediblər ki, bundan sonra da mehriban dostluq, qardaşlıq şəraitində Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcək, Azərbaycan uğrunda Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hər an hazır olacaqlar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən hazırlanmış “İşğal altındakı tarixi-dini abidələrimiz”, “Azərbaycanda tolerantlıq ənənələri”, “Tolerantlıq - bildiklərimiz və bilmədiklərimiz”, “İslamda vətən və dövlət sevgisi”, “Şəhid - şəhidin qanı yerə tökülmür, cəmiyyətin damarlarına axır” adlı kitabların təqdimatı şəxsi heyətin böyük marağına səbəb olub və Dövlət Komitəsi tərəfindən əsgər kitabxanalarına kitab dəstləri hədiyyə edilib.

Silahlı Qüvvələrdə tolerantlıq və multikulturalizm həftəsi davam edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib