SİYASƏT


Silahlı Qüvvələrimizin nümayəndələri “Beynəlxalq Ordu Oyunları–2016” yarışlarında iştirak edəcək

A+ A

Bakı, 22 iyul, AZƏRTAC

İyulun 30-dan avqustun 13-dək Rusiya Federasiyasında “Beynəlxalq Ordu Oyunları–2016” yarışlarının keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışlar çərçivəsində təşkil ediləcək “Xəzər Kuboku–2016” və “Tank biatlonu–2016” müsabiqələrində Silahlı Qüvvələrimizin nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Mahaçqala limanı yaxınlığında keçiriləcək “Xəzər Kuboku–2016” beynəlxalq yarışında ölkəmizi təmsil edəcək Hərbi Dəniz Qüvvələrinin iki gözətçi və bir xilasedici yedək gəmisinin, eləcə də onların ekipajlarının iyulun 21-də təntənəli yola salınması mərasimi keçirilib.

“Xəzər Dənizi–2016” yarışlarında iştirakla yanaşı, hərbi dənizçilərimiz Mahaçqala şəhərində olduqları müddətdə digər ölkələrin gəmi ekipajları ilə qarşılıqlı görüşlər, ziyafətlər, mədəni-kütləvi və digər tədbirlər keçirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.