SİYASƏT


Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi olub

Bakı, 23 iyun, AZƏRTAC

İyunun 23-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında əməliyyat-taktiki fakültəsinin, həmçinin strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursunun buraxılışına həsr olunan mərasim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni ifa olunub.

Mərasimdə məruzə ilə çıxış edən akademiyanın rəisi, general-leytenant Heydər Piriyev ordu quruculuğu sahəsində həyata keçirilən fəaliyyətlərdən danışıb və məzunları təbrik edərək onlara uğurlar diləyib.

Məzunlar adından çıxış edən polkovnik Eldar Abdullayev və polkovnik-leytenant Rüstəm Cavadov xatirə lövhələrini yaş kötüyünə vurublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.