QAN YADDAŞI


Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub

Bakı, 17 yanvar, Ceyhun Alışlı, AZƏRTAC

Yanvarın 17-də Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə vətənin azadlığı və suverenliyi uğurunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Milli Məclisin deputatları Vahid Əhmədov və Asim Mollazadə çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan tarixində böyük əhəmiyyət daşıdığını söyləyiblər.

Sözügedən faciəsinin ölkəmizin istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin oyanış günü olduğunu diqqətə çatdıran natiqlər, faciə zamanı milli azadlıq və ərazi bütövlüyümüz uğrunda mübarizəyə qalxmış yüzlərlə günahsız insan silahlı təcavüz nəticəsində qətlə yetirildiyini diqqətə çatdırıblar. Çıxışlarda 1990-cı il yanvarın 20-də sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət barədə iştirakçılara ətraflı məlumat verilib, dinc və silahsız əhalinin vəhşicəsinə qətlə yetirildiyi diqqətə çatdırılıb.

Vurğulanıb ki, həmin hadisələrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verilərək sovet rəhbərliyinə açıq şəkildə etiraz edilib.

Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsinin rəhbəri Gültəkin Nəriman çıxış edərək Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na uyğun olaraq reallaşan tədbirin əsas məqsədinin milli azadlığımız və ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş günahsız insanların xatirəsinin yad etmək olduğunu deyib. Bildirilib ki, 20 Yanvar faciəsi xalqımızın milli oyanışından, azadlıq və müstəqillik mübadiləsindən xəbər verən bir qəhrəmanlıq salnaməsidir.

Tədbir respublikanın tanınmış ifaçılarının vətənpərvərlik mövzusunda ifaları ilə davam edib.

Sonda 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş ssenari müəllifi Gültəkin Nəriman olan “Tarixin acısı-Qan yaddaşımız” adlı sənədli film nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.