SİYASƏT


Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi hissələrin zabitləri ilə görüş olub

A+ A

Bakı, 31 oktyabr, AZƏRTAC

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, qoşun qisimləri və xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyətlə iş üzrə zabit heyətinin nümayəndələri ilə görüş olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin əhəmiyyətini yüksək qiymətləndirən müdafiə naziri, general-polkovnik Zakir Həsənov döyüş və mənəvi-psixoloji hazırlıq işinin hazırkı vəziyyəti ilə bağlı ətraflı təhlil aparıb. Nazir bu istiqamətdə fəaliyyətlərin daha yüksək səviyyədə təşkili, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, müasir silah və texnikanı dərindən bilməsi və bir çox məsələlərlə bağlı fikirlərini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Cari ildə Silahlı Qüvvələrimizin döyüş və mənəvi-psixoloji hazırlıq, həmçinin digər vacib sahələrdə qazandığı mühüm uğurlardan danışan nazir bütün nailiyyətlərimizin əsasında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının dayandığını xüsusi qeyd edib.

Sonda döyüş və mənəvi-psixoloji hazırlıq işinin daim gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verilib. Silahlı Qüvvələrimizin xalqın və dövlətin etimadına cavab olaraq, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da qətiyyətlə yerinə yetirəcəyinə əminlik ifadə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.