SİYASƏT


Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində informasiya təhlükəsizliyi mövzusunda konfrans keçirilib

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Müdafiə Nazirliyinin, qoşun növləri və qisimlərinin, hərbi hissələr və xüsusi təyinatlı təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “İnformasiya təhlükəsizliyi” mövzusunda konfrans keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iştirakçılara Silahlı Qüvvələrdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik, müasir dövrdə informasiya texnologiyalarının üstünlükləri, mövcud problemlər, onların həlli yolları mövzularında məruzələr və brifinqlər təqdim olunub.

Konfrans iştirakçıları profilaktiki və qabaqlayıcı tədbirlər, müasir döyüşlər, eləcə də hərbi dəniz və hərbi hava qüvvələri əməliyyatlarının idarə edilməsi zamanı informasiya təhlükəsizliyi və digər mövzularda ətraflı fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.