SİYASƏT


Silahlı Qüvvələrin kadr orqanları işçilərinin təlim-metodiki toplantısı keçirilib

A+ A

Bakı, 28 iyul, AZƏRTAC

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, hərbi hissə, idarə və müəssisələrin kadrlar üzrə rəisləri ilə ilin birinci yarısının yekunlarına həsr olunmuş toplantı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə kadr orqanlarının nazirlikdə mühüm xidmət sahələrindən biri olduğu qeyd edilib. Ordu rəhbərliyi tərəfindən bu sahəyə ciddi diqqət yetirildiyi xüsusi vurğulanıb. Bildirilib ki, müdafiə naziri Silahlı Qüvvələrdə kadrlar üzrə aparılan işi yüksək qiymətləndirir. Tədbirdə komandanlıq tərəfindən qarşıya qoyulan bütün vəzifələrin bundan sonra da layiqincə yerinə yetiriləcəyi ifadə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.