SİYASƏT


Silahlı Qüvvələrin təlimi zamanı qoşunların açılma həddinə çıxarılması üzrə tapşırıqlar icra edilib

Bakı, 19 aprel, AZƏRTAC

Silahlı Qüvvələrin təlimlərinin növbəti mərhələsində qoşunlar yerləşdikləri rayonlardan açılma həddinə çıxmaq üzrə tapşırıqları yerinə yetiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya və xüsusi növ qoşunların digər bölmələri tapşırıqları təlimin şərtlərinə uyğun yerinə yetiriblər.

Təlimlərin bu mərhələsinin əsas xüsusiyyəti qoşunların qaranlıq vaxtı hərəkətinin təşkili və həyata keçirilməsidir ki, bu da işığı maskalama (gizlətmə) üzrə əlavə tədbirlərin görülməsini tələb edir.

Təlimlərdə əsas diqqət, həmçinin tapşırıqların dəqiq və vaxtında icra edilməsi məqsədilə qoşunların hərtərəfli təminatına, komendant və mühəndis xidmətlərinin fəaliyyətinə yönəldilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.