DÜNYA


Silahlı şəxslər Aralıq dənizində mühacirlərin qayığına hücum ediblər

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC

Ötən gecə silahlı şəxslər Liviya sahil mühafizəsi xidmətinin fərqlənmə nişanı olan geyimdə Aralıq dənizində 150 mühaciri daşıyan qayığa hücum ediblər.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, insident nəticəsində azı 4 mühacir həyatını itirib.

Liviya sahil mühafizə xidmətinin hücumu qayıqda həyəcana səbəb olub. Qayığının zədələnməsi səbəbindən mühacirlər dənizə tökülüb. Hadisə nəticəsində, həmçinin 15-25 mühacirin də itkin düşdüyü bildirilir.

Beynəlxalq Miqrasiya Təşkilatın məlumatına əsasən, ilin əvvəlindən oktyabrın 16-dək Aralıq Dənizi vasitəsi ilə Avropa ölkələrinə 319 min mühacir və qaçqın gəlib. Bununla yanaşı, 3,6 min nəfər suda boğularaq həlak olub və ya itkin düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.