İQTİSADİYYAT


“Silk Way Travel” Türkiyədə istirahət üçün sərfəli turist paketləri təklif edir

A+ A

Bakı, 1 iyul, AZƏRTAC

“Silk Way Travel” turizm şirkəti Türkiyənin İstanbul və Antalya şəhərlərinə istirahət üçün sərfəli turist paketləri təklif edir.

“Silk Way Travel” şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İstanbula 3 gün/2 gecə müddətinə təklif olunan paketlər 149 ABŞ dollarından 239 ABŞ dollarınadəkdir. Qiymət ikinəfərlik otaqda qalmaq şərti ilə bir nəfər üçün hesablanıb.

Qiymətə birbaşa gediş-dönüş aviabileti (AZAL aviaşirkəti), hava limanı-otel-hava limanı transferi, oteldə gecələmə və tibbi sığorta daxildir. Oteldə qalma müddəti iyulun 9-dan 14-dəkdir.

Türkiyənin məşhur kurortu olan Antalya üzrə aksiya çərçivəsində isə bir nəfərə cəmi 299 ABŞ dolları məbləğində 7 gün gecələmə ilə turist paketi əldə etmək mümkündür. Üç müxtəlif otel seçimi təklif olunur. Oteldə qalma müddəti sentyabrın 6-dan 13-dəkdir.

Aksiya çərçivəsində təklif olunan otellərin siyahısı Silk Way Travel şirkətinin rəsmi saytında tanış olmaq mümkündür: www.swtravel.az.

Daha ətraflı məlumat üçün (+99412) 598-88-80; (+99412) 437-40-85; *8880; telefon nömrələri, [email protected] elektron ünvanı və ya https://www.facebook.com/silkwaytravel.azerbaijan/ Facebook sosial şəbəkəsindəki səhifəsi vasitəsilə “Silk Way Travel” şirkətinə müraciət etmək olar.

Turist paketlərini şirkətin Bakı şəhəri, Nizami küçəsi126A ünvanında yerləşən ofisində və ölkənin digər turizm şirkətlərinin ofislərində əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.