DÜNYA


Silvestr Stallone “Bu bizik” serialının ikinci mövsümündə çəkilib

Bakı, 5 avqust, AZƏRTAC

Silvestr Stallone “Bu bizik” (“This Is Us”) serialının ikinci mövsümündə çəkilib.

AZƏRTAC “The Wrap” portalına istinadla xəbər verir ki, S.Stallone filmdə Kevin Pirsonun (aktyor Castin Hartli) müəllimi rolunu ifa edəcək. Serialın müharibə haqqında olan bu mövsümündə tamaşaçılar Kevinin atası Cek Pirsonun ölüm səbəbini də öyrənəcəklər.

Xatırladaq ki, “Bu bizik” serialının birinci mövsümü NBC telekanalında ötən il sentyabrın 20-dən başlanıb. Adı çəkilmiş aktyorlardan başqa, filmdə Mendi Mur, Sterlinq Braun, Krissi Mets, Syuzan Keleçi Uotson, Kris Sallivan və Ron Kefas Cons rol alıblar. Serialda eyni gündə anadan olmuş insanların həyatından bəhs olunur. Layihənin “Qızıl qlobus” mükafatının “Ən yaxşı televiziya dramatik serialı” kateqoriyasında, “Critics' Choice Awards” mükafatının “Ən yaxşı dramatik serial” kateqoriyasında namizədliyi irəli sürülüb. Həmçinin Amerika Kino İnstitutu tərəfindən ən yaxşı televiziya proqramı adını qazanıb.

“Bu bizik” serialının ikinci mövsümü bu il sentyabrın 26-dan NBC telekanalında yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.