DÜNYA


Silvio Berluskoni keçmiş arvadına hər ay 2 milyon avro ödəyəcək

Bakı, 16 may, AZƏRTAC

İtaliyanın Ali Kasasiya Məhkəməsi sabiq baş nazir, milyarder Silvio Berluskoninin keçmiş arvadı Veronika Larioya hər ay 2 milyon dollar ödəməsi barədə qərar qəbul edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu işlə bağlı məhkəmə iclası hələ keçən ilin noyabr ayında keçirilsə də, Ali Məhkəmənin hökmü mayın16-da elan olunub.

2013-cü ildə boşanma prosesi çərçivəsində birinci məhkəmə instansiyası Larioya ayda 3 milyon avro aliment təyin etmişdi. Hakimlər böyük məbləği Berluskoni üçün 3 uşaq dünyaya gətirən Larionun rəsmi nikahda yaşadıqları 20 il ərzində alışdığı həyat səviyyəsini təmin etməyin vacibliyi ilə izah ediblər. Berluskoni bu qərarı çıxaran qadın hakimləri “feminist və kommunist” adlandırıb.

Sabiq Baş nazirin vəkilləri apelyasiya məhkəməsinə şikayət edərək 2014-cü ildə alimentin məbləğini 2 milyon avroya qədər azaltmağa müvəffəq olublar. Lakin Berluskoni bununla kifayətlənməyərək İtaliya Ali Məhkəməsinə müraciət etsə də, qərar qüvvədə saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.