İQTİSADİYYAT


“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi iqtisadi münasibətləri genişləndirməyin əsasına çevrilə bilər

A+ A

Bakı, 22 dekabr, AZƏRTAC

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Rusiya ilə Azərbaycan ticari-iqtisadi əlaqələrinin daha da genişləndirilməsinin əsasına çevrilə bilər.

AZƏRTAC xəbər verir ki, bunu MDB İcraiyyə Komitəsinin iqtisadi əməkdaşlıq departamentinin direktoru Andrey Kuşnirenko “Vestnik Kavkaza” agentliyinə müsahibəsində bildirib.

O deyib: “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi, onun Xəzər dənizinin qərb sahili boyunca uzanan, Rusiya, Azərbaycan, İran, daha sonra Cənub-Şərqi Asiya ölkələrinə çıxışı əhatə edən hissəsi qarşılıqlı əməkdaşlığın çox mühüm elementinə çevrilə bilər. Yaxın aylarda biz bu istiqamətdə dəmir yolu qatarlarının və avtomobil nəqliyyatının işə salınmasının şahidi olacağıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.