İQTİSADİYYAT


“Şimal-Cənub” layihəsi Rusiya taxılının İrana ixrac müddətini üç dəfə qısaldacaq

A+ A

Bakı, 19 noyabr, AZƏRTAC

“Şimal-Cənub” layihəsinin həyata keçirilməsi Rusiya taxılının İrana və Xəzəryanı regionun digər ölkələrinə çatdırılması müddətini demək olar ki, üç dəfə (16 gündən 5-6 sutkaya qədər) qısaldacaq.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Soçidə keçirilən II Dünya Taxıl Forumunda “Rustranscom” ASC-nin korporativ kommunikasiyalar üzrə vitse-prezidenti Oleq Roqaçov bildirib.

O.Roqaçov deyib: “Şimal-Cənub” layihəsinin həyata keçirildiyi təqdirdə biz xeyli qənaət edə bilərik. Çünki dəmir yolu daha qısamüddətli xidməti təmin edəcək. 5-6 sutkaya Azərbaycandan tranzit vasitəsilə İran ərazisinə daxil olacağıq. Həm də xeyli qənaət edəcəyik”.

“Rustranscom” ASC-nin vitse-prezidentinin çıxışı zamanı slaydlarla verilən məlumatlara əsasən, hazırda Xəzər dənizi vasitəsilə İrana taxıl ixracı 16 gün, Azov-Qara dəniz hövzəsi vasitəsilə 30-36 gün vaxt aparır. Dəmir yolu ilə Azərbaycana çatdırılma əvvəllər orta hesabla səkkiz gün idisə, indi 3-4 gün çəkəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.