REGİONLAR


Şimal bölgəsində heyvandarlıq təsərrüfatı sahiblərinə süni mayalandırmanın üstünlükləri izah olunub VİDEO

A+ A

Quba, 14 iyul, Elxan Yusifli, AZƏRTAC

İyulun 14-də heyvandarlıq sahəsində prioritetlərin müəyyənləşdirilməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, yerlərdə heyvanların süni mayalandırılmasının daha səmərəli təşkili məqsədi ilə Quba rayonunda zona müşavirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, zona müşavirəsində zona baytarlıq laboratoriyalarının fəaliyyətinin genişləndirilməsi, heyvanların süni mayalandırılmasında istifadə olunan genetik materialın müayinə edilməsi, yem istehsalının təşkili, bölgə üçün xarakterik heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və digər aktual məsələlər müzakirə olunub.

Müşavirədə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının heyvandarlıqla məşğul olan fermerləri, süni mayalandırma mütəxəssisləri iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyi aparatının heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıda duran vəzifələrdən danışıb. Heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yolları, yem istehsalının tələbata uyğun təşkili, heyvandarlıqda damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə mütərəqqi texnologiyalar, bu sahədə zona baytarlıq laboratoriyalarında işlərin mərkəzləşmiş qaydada təşkili barədə ətraflı məlumat verib.

Müşavirədə seleksiya-damazlıq işlərinin təşkili, möhkəm yem bazasının yaradılması yolları və heyvan xəstəlikləri ilə mübarizə tədbirlərinə dair təqdimatlar və çıxışlar olub.

Daha sonra fermerləri və mütəxəssisləri maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Zona müşavirəsi çərçivəsində Quba rayonunun Zizik kəndində qaramalın cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin təbliğatı ilə əlaqədar ailə-kəndli təsərrüfatında süni mayalandırma aparılıb. Ailə-kəndli və fermer təsərrüfatı sahiblərinə süni mayalandırmanın üstünlükləri barədə zəruri məlumatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.