REGİONLAR
Şimal bölgəsində səhər saatlarından seçici fəallığı müşahidə olunur VİDEO
Xaçmaz, 1 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 1-i səhər saat 8.00-da şimal bölgəsindəki seçki məntəqələrində Milli Məclisə seçkilərə uğurla start verilib.
AZƏRTAC xəbər verir ki, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yaşayan seçicilər 6 seçki dairəsinin tərkibindəki 367 məntəqədə səs verirlər. Bu regionda qeydə alınan seçicilərin sayı 278 min 72 nəfərdir. Onlardan 2 min 894 nəfəri ilk dəfə səs verən gənclərdir. Bu bölgənin ən yaşlı seçicisi isə Şabran rayonunun Şahnəzərli kəndinə yaşayan 109 yaşlı Kübra Qasımovadır.
Şimal bölgəsində olan 51 saylı Qusar, 52 saylı Quba, 53 saylı Quba-Qusar, 54 saylı Şabran-Siyəzən, 55 saylı Xaçmaz şəhər və 56 saylı Xaçmaz kənd seçki dairələrindən AZƏRTAC-a bildirilib ki, məntəqələrdə səsvermənin ilk saatlarından seçici fəallığı müşahidə olunur.
Şimal regionunda seçki prosesini 4 min 342 yerli və xarici müşahidəçi izləyir. Bununla yanaşı, 62 məntəqədə veb-kamera quraşdırılıb ki, bu da hər bir şəxsə səsverməni onlayn izləmək imkanı verir.