REGİONLAR


Şimal bölgəsinin 2 mindən çox məzunu biliyini Xaçmaz şəhərində yaradılan imtahan mərkəzlərində sınayıb VİDEO

A+ A

Xaçmaz, 5 iyul, Elxan Yusifli, AZƏRTAC

İyulun 5-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən təşkil olunan imtahanlarda iştirak edən şimal bölgəsinin məzunları biliklərini Xaçmaz şəhərində yaradılan imtahan mərkəzlərində sınayıb.

AZƏRTAC xəbər verir ki, beş mərkəzdə keçirilən imtahanlara Xaçmazla yanaşı Quba, Qusar və Şabrandan olan ümumilikdə 2 min 198 məzun iştirak edib.

İmtahanlarda ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara), həmçinin tam orta və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd verən əvvəlki illərin məzunları, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş və üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunu olan IX və XI sinif şagirdləri qatılıblar.

İmtahanlara 10 rəhbər və 211 nəzarətçi müəllim cəlb olunub. Mərkəzlərdə şagirdlərin biliklərini sərbəst şəkildə nümayiş etdirmələri üçün hər bir şərait yaradılıb. Təhlükəsizliyin təminatı məqsədilə imtahan keçirilən binalara polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, tibb işçiləri cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.