REGİONLAR


Şimal bölgəsinin jurnalist olmaq istəyən abituriyentləri  Xaçmazda qabiliyyət imtahanı verəcək

Xaçmaz, 28 iyul, Elxan Yusifli, AZƏRTAC

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən şimal bölgəsinin abituriyentləri Xaçmaz şəhərində yaradılan mərkəzdə qabiliyyət imtahanı verəcəklər.

AZƏRTAC xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyul ayının 29-da keçiriləcək imtahan akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-liseydə təşkil olunacaq.

Bu mərhələdə 2017‑ci ilin iyul ayının 21-dən 24-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edəcək.

DİM-in Xaçmaz regional bölməsindən bildirilib ki, mərkəzdə imtahanların keçirilməsi üçün lazımi şərait yaradılıb.

Abituriyentlər imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni götürməlidirlər.

İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək.

Jurnalistika ixtisasına qəbul olmaq üçün III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəmiş, ümumilikdə, 411 abituriyent qeydiyyatdan keçib.

İmtahan Xaçmazla yanaşı, DİM-in digər regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, eləcə də Bakı şəhərində təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.