REGİONLAR


Şimal bölgəsinin məzunları Xaçmazda yaradılan iki mərkəzdə imtahan verib VİDEO

A+ A

Xaçmaz, 15 iyul, Elxan Yusifli, AZƏRTAC

İyulun 15-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunlarının iştirakı ilə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

AZƏRTAC xəbər verir ki, Xaçmaz şəhərində imtahanlar iki mərkəzdə - akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-liseydə və Əzizəddin Tahirov adına Köhnə Xaçmaz tam orta məktəbində təşkil olunub. Qəbul imtahanlarında şimal bölgəsindən olan 1000 məzun iştirak edib.

TQDK-nın Xaçmaz Regional Bölməsindən bildirilib ki, hər iki mərkəzdə imtahanlar nəzərdə tutulmuş vaxtda, qaydalara uyğun başlayıb. İmtahan mərkəzlərində şagirdlərin sərbəst şəkildə biliklərini nümayiş etdirmələri üçün hər bir şərait yaradılıb. İmtahanlara 96 nəzarətçi müəllim, o cümlədən 3 imtahan rəhbəri cəlb edilib.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan keçirilən binalara polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, tibb işçiləri cəlb olunub.

İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

İmtahan Xaçmazla yanaşı, respublikanın daha 10 şəhər və rayonunda aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.