REGİONLAR


Şimal bölgəsinin vətəndaşları səyyar “ASAN xidmət”dən faydalanmaq imkanı qazanıb

A+ A

Qusar, 11 iyul, Elxan Yusifli, AZƏRTAC

İyulun 8-dən başlayaraq Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının 500 minə yaxın sakini üçün səyyar “ASAN xidmət”dən faydalanmaq imkanı yaradılıb.

AZƏRTAC xəbər verir ki, şimal bölgəsində yaşayan sakinlər avqustun 6-dək Qusar şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xidmətindən yararlana biləcəklər.

Qusar şəhərində fəaliyyətə başladığı qısa müddətdə səyyar “ASAN xidmət”ə şimal bölgəsinin 500 nəfərdən çox sakini müraciət edib.

Vətəndaşlar “ASAN xidmət”ə daha çox notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı müraciət edirlər.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar saat 9-dan 18-dək Qusar şəhərində fəaliyyət göstərən səyyar “ASAN xidmət” əməkdaşlarına müraciət etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.