REGİONLAR


Şimal-qərb bölgəsində dövlət müstəqilliyimizin bərpasının 25 illiyi münasibətilə silsilə tədbirlər keçirilir

A+ A

Qax, 18 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

25 ildir ki, xalqımız oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ildönümünü böyük iftixar hissi ilə qeyd edir. Bu tarixi gün münasibətilə respublikamızın hər yerində olduğu kimi, şimal-qərb bölgəsi rayonlarında da silsilə tədbirlər keçirilir.

AZƏRTAC xəbər verir ki, Dövlət Müstəqilliyi Günü münasibətilə Qaxda təşkil olunan konfransın iştirakçıları əvvəlcə müstəqil Azərbaycan Respublikasının banisi və qurucusu, ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.

Konfransda rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, dövlət müstəqilliyimizin əldə edilməsindən ötən 25 ilin Azərbaycan tarixinin mürəkkəb və çətin, eyni zamanda, şərəfli dövr olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, xalqımız əsrlər boyu müstəqil, azad və suveren dövlət qurmaq arzusu ilə yaşayıb. Lakin zəngin sərvətlərə malik olan, əlverişli coğrafi mövqedə yerləşən Azərbaycanı imperiya qüvvələri daim öz təsiri altında saxlayıb, onun müstəqil dövlət olmasına imkan verməyib. Xalqımız bu arzusuna 25 il əvvəl qovuşa bilib. Məhz ümummilli lider Heydər Əliyevin müdrik siyasəti sayəsində müstəqilliyimiz əbədi və dönməz xarakter alıb, Azərbaycan dünya birliyində öz layiqli yerini tutmağa nail olub.

X X X

1991-ci il oktyabrın 18-i Azərbaycanın tarixinə yeni mərhələnin başlanğıc günü kimi daxil olub. Demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü münasibətilə Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Xalqımızın tarixi nailiyyəti” mövzusunda elmi-praktiki konfransda səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Konfransı rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açaraq ötən 25 ildə Azərbaycanın qazandığı uğurlardan danışıb. Bildirilib ki, Azərbaycan dövlətinin qazandığı bütün uğurlar məhz Ulu Öndərin müdrikliyi sayəsində qorunub saxlanılan dövlət müstəqilliyimizin məntiqi nəticəsidir.

Çıxışlarda vurğulanıb ki, ulu öndər Heydər Əliyevin yolunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasi kurs dövlət müstəqilliyimizi getdikcə möhkəmləndirir. Müstəqil daxili və xarici siyasət yeridən Azərbaycanın beynəlxalq miqyasda söz sahibi olması, qazanılan uğurlar müstəqilliyimizin bir də heç vaxt əldən verilməyəcəyinə tam əminlik yaradır.

Tədbirdə Zaqatalanın ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə rayon icra hakimiyyətinin fəxri fərmanları, həmçinin Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Konfransın sonunda müstəqil Azərbaycanın əldə etdiyi uğurlardan bəhs edən film nümayiş etdirilib.

X X X

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü Şəki, Balakən və Oğuz rayonlarında da silsilə tədbirlərlə qeyd olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.