REGİONLAR


Şimal-qərb bölgəsində insanların bayrağa olan münasibəti qürurvericidir

A+ A

Balakən, 9 noyabr, AZƏRTAC 

Noyabrın 9-da Parlament Jurnalistlər Birliyinin (PJB) 20-ə yaxın üzvü şimal-qərb bölgəsində olub.

Hər il ənənəvi olaraq 9 noyabr - Dövlət Bayrağı Günü PJB üzvləri tərəfindən qeyd edilir.

AZƏRTAC xəbər verir ki, bu il də davam etdirilən ənənəvi səfərdə məqsəd Dövlət Bayrağı Gününün bölgələrdə geniş təbliğatını aparmaq, insanların bu barədə bilgilərini artırmaqdan ibarət olub.

Səfər çərçivəsində media nümayəndələri Balakən, Şəki, Qax, Zaqatala, Oğuz, İsmayıllı rayonlarında 2 minə yaxın bayraq paylayıblar.

Kiçikdən tutmuş böyüyə qədər hər kəs bu bayraqları böyük coşğu ilə qəbul edib. Məktəblilərin böyük üstünlük təşkil etdiyi aksiyada onların üçrəngli bayraqla bağlı tam bilgiyə malik olduqları üzə çıxıb.

Şimal-qərb bölgəsində insanların bayrağa olan münasibəti qürurverici və təqdirəlayiqdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.