REGİONLAR


Şimal-qərb bölgəsinin dağlıq ərazilərinə qar yağır VİDEO

A+ A

Qax, 25 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanın şimal-qərb rayonlarında qeyri-sabit hava şəraiti bir neçə gündür davam edir.

AZƏRTAC xəbər verir ki, oktyabrın 25-də səhər saatlarından yağan yağış günün ikinci yarısında bölgənin dağlıq və dağətəyi ərazilərində tədricən sulu qara və qara çevrilib.

Qax rayonunun dağlıq ərazisində yerləşən İlisu, Sarıbaş, Ağçay kəndlərinə bir neçə gün fasilədən sonra yenidən qar yağır. Hazırda bu kəndlərdə qarın qalınlığı bir neçə santimetr təşkil edir.

Zaqatala və Şəki rayonlarının dağlıq ərazilərində yerləşən kəndlərinə isə bu qışın ilk qarı yağır. Zaqatala rayonunun Car, Şəki rayonunun Baş Layısqı, Şin, Kiş kəndlərində yağan qarın qalınlığı bir neçə santimetrə çatır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.