REGİONLAR


Şimal rayonlarından olan şagirdlər 8 imtahan mərkəzində biliklərini sınayacaq

Xaçmaz, 22 iyun, Elxan Yusifli, AZƏRTAC

İyunun 23-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarında Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan, ümumilikdə, 5 min 739 şagirdin iştirakı nəzərdə tutulub. Onlardan 3 min 298 nəfəri IX, 2 min 441 nəfəri isə XI sinif şagirdidir.

AZƏRTAC xəbər verir ki, orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün təşkil olunan imtahanların keçirilməsi üçün Xaçmazda 4, Şabranda 2, Siyəzəndə və Xızıda isə 1 imtahan mərkəzi yaradılıb.

DİM-in Xaçmaz Regional Bölməsindən bildirilib ki, imtahanlara 300 nəzarətçi müəllim, o cümlədən 25 imtahan rəhbəri cəlb ediləcək. Bütün mərkəzlərdə imtahanların keçirilməsi üçün lazımi şərait yaradılıb.

İmtahan respublikanın 28 şəhər və rayonunda, ümumilikdə, 166 binada aparılacaq.

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15: 00-da başlanır.

Abituriyentlər imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni götürməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.