REGİONLAR
Şimal rayonlarının fermerlərinə güzəştli şərtlərlə 5 min tondan çox gübrə satılacaq
Quba, 15 fevral, Elxan Yusifli, AZƏRTAC
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Xaçmaz regional nümayəndəliyinə fermerlərə güzəştli şərtlərlə satış üçün 5 min 317 ton gübrə gətirilib.
AZƏRTAC xəbər verir ki, fermerlərə azot, nitroammofoska, amofos karbomid və kalsium-sulfat kimi mineral gübrələr təklif edilir.
Əvvəlki illərdən fərqli olaraq sahibkarlar güzəştli şərtlərlə gübrə almaq üçün ödənişləri birbaşa yerində deyil, banka etməlidir.
“Aqrolizinq” ASC-nin Xaçmaz regional nümayəndəliyinin baza müdiri Rafiq Tağıyev bildirib ki, ötən il 3 min 366 nəfərə 27 min 899 hektar torpaq sahəsi üçün 70 faiz güzəştlə 3 min 70 ton mineral gübrə və 76 istehsalçıya 3 min 18 kq rebesid satılıb.
Təsərrüfatçılar bazaya gübrə ilə yanaşı, müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları üçün də müraciət edə bilər. Yaz-tarla işləri üçün aqroservisin texnika və texnoloji avadanlıqları saz vəziyyətə gətirilib.