DÜNYA


Şimali Amerika və Asiyanı yüksək sürətli kabel xətti birləşdirəcək

A+ A

Bakı, 14 oktyabr, AZƏRTAC 

“Google” və “Facebook” şirkətləri yeni layihənin həyata keçirilməsi üçün səylərini birləşdirərək Los-Anceles və Honkonq arasında uzunluğu təxminən 13 min kilometr təşkil edəcək optik-lif kabel xətti çəkmək niyyətindədir.

AZƏRTAC “4PDA” resursuna istinadən xəbər verir ki, layihənin həyata keçirilməsində informasiya nəhənglərinə “Pacific Light Data Communication” şirkəti yardımçı olacaq. Şirkətlərin 400 milyon dollar vəsait sərf edəcəyi dünyanın ən uzun kabellərindən birinin çəkilişinin 2018-ci ilədək başa çatdırılması nəzərdə tutulur.

Məlumata görə, kabelə beş cüt optik-lif daxil ediləcək. Cütlərdən hər biri məlumatları 24 Tbit/saniyə sürətində ötürərək kabelin maksimal buraxılış qabiliyyətini 120 Tbit/saniyəyə çatdıracaq.

Qeyd edək ki, bu, “Google” şirkətinin həyata keçirdiyi ilk belə layihə deyil. Hazırda şirkət okeanın dibindən çəkilən 6 oxşar kabel xəttinə sahibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.