DÜNYA


Şimali Avropa ölkələri Brüsseldə baş verən terror hücumlarından sonra təhlükəsizlik tədbirlərini gücləndirib

Stokholm, 22 mart, Rauf Əliyev AZƏRTAC

Brüsseldə baş verən bir sıra terror hücumlarından sonra, İsveç, Danimarka, Norveç və Finlandiya polis və təhlükəsizlik orqanları, hava limanları və digər ictimai yerlərdə təhlükəsizlik tədbirlərini gücləndirib.

Bu barədə yerli KİV-lər xəbər verir. Belə ki, Danimarkada polisi Kopenhagen hava limanında gücləndirilmiş iş rejimində çalışır, bundan başqa şəhərin digər əsas ictimai yerlərində təhlükəsizlik orqanlarının əməkdaşları ictimai asayişi gücləndirilmiş iş rejimində qoruyurlar. Oxşar tədbirlər İsveç, Norveç və Finlandiya polisi tərəfindən də həyata keçirilir.

Xatırladaq ki, bu gün səhər Brüssel şəhər hava limanında terror hücumu nəticəsində iki partlayış baş verib. Daha iki partlayış isə Brüssel şəhər metrosunun “Maalbeek” və “Schumann” stansiyalarında törədilib. Partlayışlar çoxsaylı insan tələfatı və yaralanma hallarına səbəb olub.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.