İDMAN


Şimali İrlandiya-Azərbaycan oyununu fransalı hakimlər briqadası idarə edəcək

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC 

2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya və Azərbaycan futbol yığmaları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, UEFA qarşılaşmanı Fransadan olan hakimlər briqadasına həvalə edib. Matçın baş hakimi Kleman Turpen olacaq. Ona həmyerliləri Nikolas Danos və Siril Qrinqor kömək edəcəklər. Dördüncü hakim funksiyasını Frank Şnayder yerinə yetirəcək.

Qeyd edək ki, Şimali İrlandiya-Azərbaycan oyunu noyabrın 11-də Belfastdakı "Uindzor Park" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.