DÜNYA


Şimali İrlandiyada siyasi böhran: növbədənkənar seçki olacaq

A+ A

London, 17 yanvar, AZƏRTAC 

Şimali İrlandiya birinci nazirinin müavini istefa verdikdən sonra yerinə namizəd tapılmadığı üçün martın 2-də bölgədə növbədənkənar seçkilər keçirilməsinə qərar verilib.

Şimali İrlandiya bölgəsinin birinci naziri Ceyms Brokşayr yerli hökumət parlamentinin yanvarın 26-da buraxılacağını açıqlayıb. Bu tarixdən etibarən siyasi partiyalar seçki kampanyalarına başlaya bilərlər.

C.Brokşayr mətbuata açıqlamasında seçkilərin “Brexit” prosesinə təsir etməyəcəyini bildirib.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.