DÜNYA


Şimali Karolinada baş verən iğtişaşlarda 12 polis zabiti yaralanıb

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC

ABŞ-ın Şimali Karolina ştatında yerləşən Şarlott şəhərində polisin qaradərili vətəndaşı qətlə yetirməsi səbəbi ilə başlayan etiraz aksiyasını dağıtmaq üçün qanun keşikçiləri gözyaşardıcı qazdan istifadə edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yerli polisin məlumatına əsasən, iğtişaşlar nəticəsində azı 12 zabit müxtəlif dərəcəli xəsarətlər alıb.

Etirazlara səbəb olan insident sentyabrın 20-də axşam saatlarında qeydə alınıb. Polisin hesabatına əsasən patrul reyd zamanı avtomobildən çıxan silahlı şəxsə rast gəlib və ona atəş açıb. Afrika əsilli amerikalı aparıldığı xəstəxanada keçinib. Həlak olan şəxsin ailəsi isə onun üzərində silah olmadığını və əlində kitab tutduğunu iddia edir.

Xatırladaq ki, yay aylarında ABŞ-ın Minnesota və Luiziana ştatlarını polisin iki qaradərili vətəndaşı qətlə yetirməsi ilə əlaqədar iğtişaşlar dalğası bürümüşdü. İyul ayının ortalarında Missuri ştatının sakini Qeyvin Lonq ABŞ-ın Baton-Ruj (Luiziana şatatı) şəhərində 3 polisi qətlə yetirmiş, özü isə atışmada öldürülmüşdü.

Bundan əvvəl isə Əfqanıstan veteranı 25 yaşlı qaradərili Mika Conson Dallasda polisə hücum etmişdi. Atışma nəticəsində 5 qanun keşikçisi həlak olmuş, bir neçə nəfər isə yaralanmışdı. Həmin insident son 15 ildə ABŞ hüquq mühafizə orqanları üçün ən qanlı gün kimi tarixə düşüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.