ELM VƏ TƏHSİL
Şimali Kiprin Bakı nümayəndəliyinin rəhbəri Azərbaycan Turizm və Menecment Universitetində olub
Bakı, 21 may, AZƏRTAC
Mayın 21-də Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, professor Cəfər Cəfərov Şimali Kiprin Bakı nümayəndəliyinin rəhbəri Sadettin Topukçu ilə görüşüb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə C.Cəfərov ölkələrimiz arasında mövcud əlaqələrin gündən-günə daha da inkişaf etməsindən məmnunluğunu bildirib. Rektor qonağa rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti və inkişaf tarixi, xarici əlaqələri, strateji məqsədləri barədə ətraflı məlumat verib.
Görüşdə Azərbaycanda və Şimali Kiprdə turizmin müasir vəziyyəti, inkişaf istiqamətləri, ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [15:27]
BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir
- 25.04.2024 [14:44]
AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb
- 25.04.2024 [14:38]
AzTU-da gənc alimlər üçün seminar keçirilib
- 25.04.2024 [14:23]
“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar
- 25.04.2024 [13:45]
“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb
- 25.04.2024 [12:58]