DÜNYA


Şimali Koreya Quam adasını nişan alıb

Bakı, 9 avqust, AZƏRTAC

Koreya Xalq Ordusunun məlumatına görə, Şimali Koreya hərbçiləri Sakit Okeanın Quam adasında yerləşən ABŞ-a məxsus hərbi obyektlərə qabaqlayıcı zərbələr vurmaq üçün plan hazırlayıb.

AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, zərbələrin orta mənzilli “Hvason-12” ballistik raketlər vasitəsilə endiriləcəyi planlaşdırılır. Mümkün hədəflər arasında B-52 tipli strateji bombardmançı təyyarələrin yerləşdiyi “Andersen” aviabazası da var. KXDR lideri Kim Çen In tərəfindən müvafiq əmr veriləcəyi təqdirdə hazırlanan plan həmin an icra olunacaq.

Xatırladaq ki, avqustun 5-də BMT-nin Təhlükəsizlik Şurası yekdilliklə Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdirilməsi barədə qətnaməni qəbul edib. Addım KXDR-in iyul ayında keçirdiyi raket sınaqlarına qarşı cavab tədbiri kimi atılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.