DÜNYA


Şimali Koreya ballistik raket sınağı keçirib

Tokio, 14 may, AZƏRTAC 

NHK telekanalının yaydığı məlumata əsasən, Şimali Koreya mayın 14-də səhər növbəti ballistik raket sınağı keçirib.

Cənubi Koreya silahlı qüvvələri qərargah rəislərinin birləşmiş komitəsi bildirib ki, raket Şimali Koreyanın şimal-qərbində yerləşən Pxyonan-pukto əyalətindəki Kusonun yaxınlığındakı nöqtədən yerli vaxtla səhər saat 5:30 dəqiqədə şərq istiqamətində buraxılıb. Məlumatda qeyd edilir ki, 700 kilometrdən çox uçan raket Yapon dənizinə düşüb.

Bu, mayın 10-da Cənubi Koreyanın yeni prezidenti Mun Ce-inin öz vəzifələrinin icrasına başlamasından sonra həyat keçirilən ilk raket buraxılışıdır.

Cənubi Koreya silahlı qüvvələri raket buraxılışı ilə əlaqədar informasiyaların toplanması və təhlilini davam etdirir.

Prezident Mun Ce-in silahlı qüvvələrin qərargah rəislərinin birləşmiş komitəsinə təcili iclas keçirilməsi barədə göstəriş verib.

Mayın 14-də səhər Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa jurnalistlər üçün brifinqdə deyib ki, raket 30 dəqiqə ərzində 800 kilometrə yaxın məsafə qət edərək, Koreya yarımadasından 400 kilometr şərqdə Yapon dənizinə düşüb.

Baş katib əlavə edib ki, raketin düşdüyü ərazi Yaponiyaya məxsus iqtisadi zonadan kənarda yerləşir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.