DÜNYA


Şimali Koreya bayrağı ilə üzən gəmi Yaponiya yaxınlığında batıb

Tokio, 12 yanvar, AZƏRTAC

Şimali Koreya bayrağı ilə üzən quru yük daşıyan gəmi yanvarın 12-nə keçən gecə Yaponiyanın Naqasaki prefekturasının Fukue adası yaxınlığında batıb. Gəmi heyətinin üzvləri xilas edilib.

NHK telekanalının yaydığı məlumata görə, gəminin qəzaya uğradığı barədə məlumat yanvarın 11-də axşam daxil olub. Qəzaya uğrayan gəminin göyərtəsində olan 26 nəfər heyət üzvü Yaponiya Sahil Mühafizəsi tərəfindən xilas edilib.

Gəminin batması səbəbləri barədə məlumat verilmir. Qeyd olunur ki, Şimali Koreyaya məxsus gəmi bu ölkənin Phyonan-Namdo əyalətinin Nampho şəhərindən Kanvondo əyalətinin Vonson şəhərinə düyü aparırmış.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.