DÜNYA
Şimali Koreya daha bir raket buraxıb
Bakı, 21 may, AZƏRTAC
Şimali Koreyada növbəti modifikasiyası bəlli olmayan raket buraxılışı həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, Penxap agentliyinin yaydığı məlumata görə, Cənubi Koreyanın Müdafiə Nazirliyi hazırda təcili qaydada müvafiq informasiya toplamaqla məşğuldur. İlkin məlumata əsasən, KXDR uçuş məsafəsi 500 kilometr olan bir raket buraxıb.
Yaponiyanın Baş naziri Sinzo Abenin dəftərxanası yanında informasiyanın toplanması və təhlili üzrə böhran qərargahı yaradılıb.
Şimali Koreya sonuncu raket buraxılışını mayın 14-də həyata keçirmişdi. O vaxt buraxılan orta mənzilli “Xvanson-12” ballistik raketi 787 kilometr uçaraq Yapon dənizinə düşmüşdü.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [14:54]
ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib
- 29.03.2024 [14:37]
Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib
- 29.03.2024 [14:34]
Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər
- 29.03.2024 [13:24]
NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir
- 29.03.2024 [13:17]
Yunanıstanda 6 bal gücündə zəlzələ olub
- 29.03.2024 [13:08]