SİYASƏT
Şimali Osetiya–Alaniya Respublikasının hökumət başçısı Sergey Takoyevin Bakıya səfəri gözlənilir
Bakı, 28 yanvar, AZƏRTAC
Fevralın 2-4-də Rusiya Federasiyasının Şimali Osetiya–Alaniya Respublikasının hökumət başçısı Sergey Takoyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri gözlənilir.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Respublikası hökuməti ilə Şimali Osetiya–Alaniya Respublikası hökuməti arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalanacaq.
Nümayəndə heyətinə Şimali Osetiya–Alaniya Respublikasının bir sıra nazirliklərinin təmsilçiləri daxil olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:21]
Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq
- 26.04.2024 [14:59]