MƏDƏNİYYƏT


Şimali Osetiyanın “Alan” Dövlət Rəqs Ansamblı Bakıda konsert verib

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Şimali Osetiyanın “Alan” Dövlət Rəqs Ansamblının konserti olub.

AZƏRTAC xəbər verir ki, “Alan” müxtəlif illərin konsertlərindən ən yaxşı xoreoqrafiya nümunələrini təqdim edib. Ansamblın repertuarına həm Osetiya, həm də Qafqazın digər xalqlarının milli rəqsləri daxildir. Geyimlər, habelə orkestr və mahnı müşayiəti ansamblın çıxışlarına xüsusi kolorit verir.

Ansamblın bədii rəhbəri Şimali Osetiya Respublikasının Xalq Artisti Timur Sikoyevdir.

Yetmiş yaşlı “Alan” Dövlət Rəqs Ansamblının kollektivi bu illər ərzində dünyanın müxtəlif ölkələrində Osetiya mədəniyyətini təqdim edib və milyonlarla insanın qəlbinə yol tapıb.

“Alan”ın hər bir çıxışı osetin xalqının tarixini və taleyini əks etdirən kompozisiya təsiri bağışlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.