DÜNYA


Şimon Peres Yerusəlimdə əsas milli qəbiristanlıqda dəfn olunub

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

İsrailin 9-cu prezidenti, Nobel mükafatı laureatı Şimon Peres bu gün Yerusəlimdəki əsas milli qəbiristanlıqda dəfn olunub.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, dəfn mərasiminə ölkənin birinci şəxsləri, on minlərlə sıravi vətəndaş və dünyanın 70-dən çox ölkəsindən nümayəndə heyətləri qatılıblar. Bundan əvvəl isə Şimon Peresin Knessetin binası qarşısındakı meydanda qoyulmuş cənazəsi önündən onunla vidalaşmağa gələn 40 minədək israilli keçib. Axın çox olduğundan təşkilatçılar mərasimi iki saat uzatmalı olublar.

“Atamdan baş daşında nə yazılmaq istədiyini soruşanlara o, fikirləşmədən bu cavabı verib: çox cavan öldü. Mən indi hiss edirəm ki, əziz ata, sən çox erkən getdin. Sən daha çox iş görə bilərdin”, - deyə mərhumun oğlu Yoni Peres dəfn mərasimində atası ilə bağlı xatirələrini bölüşüb.

Şimon Pereslə vida mərasimində ABŞ, Fransa, Almaniya, Ukrayna, Polşa, Litva, Yunanıstan, Meksika, İsveçrə, Avstriya prezidentləri, İspaniya kralı, Uels şahzadəsi, Lüksemburq hersoqu, Avropa İttifaqı Şurasının sədri, Kanada, İtaliya, Niderland, Finlandiya və İsveçin baş nazirləri, UNESCO-nun baş katibi, bir çox digər dövlət xadimləri və siyasətçilər iştirak ediblər. Mərasim ABŞ Prezidenti Barak Obamanın vida nitqi ilə yekunlaşıb.

Xatırladaq ki, İsrail dövlətinin banilərindən biri olan Şimon Peres beyinə qansızma diaqnozu ilə müalicə aldığı klinikada sentyabrın 28-də 94 yaşlında vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.