DÜNYA


Şimon Peres insult keçirtdikdən sonra xəstəxanaya yerləşdirilib

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

İsrailin sabiq baş naziri və Prezident Şimon Peres insult keçirtdikdən sonra xəstəxanaya yerləşdirilib.

TASS agentliyinin məlumatına görə, 93 yaşlı siyasətçinin yerləşdirildiyi klinikadan bildirib ki, Peres kəskin beyin qansızması ilə nəticələnən insult keçirib. O, bir neçə dəfə müayinə olunub, hazırda o, medikamentoz yuxuya verilib, ağciyərləri havalanma aparatına qoşulub. Yaxın saatlarda onun vəziyyəti təkrar qiymətləndiriləcək.

Qeyd edək ki, Şimon Peres iki dəfə İsrailə rəhbərlik edib. O, 1994-cü ildə Fələstin Prezidenti Yasir Ərəfat və İsrailin o zamankı Prezidenti İsaak Rabinlə birlikdə Nobel sülh mükafatına layiq görülüb. 2008-ci ilin noyabrında isə Böyük Britaniya Krallığı tərəfindən "Böyük xaç" cəngavər ordeni ilə təltif edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.