DÜNYA


Şimon Peresin dəfni sentyabrın 30-na təyin edilib

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

İsrailin sabiq Prezidenti Şimon Peresin dəfni sentyabrın 30-na təyin olunub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Şimon Pereslə rəsmi vida mərasimi isə sentyabrın 29-da keçiriləcək.

Bir qədər əvvəl “Tel ha-Şomer” klinikasında keçirilən mətbuat konfransında Şimon Peresin oğlu atasının vəfatı barədə məlumat verib.

Xatırladaq ki, İsrailin 9-cu prezidenti Şimon Peres sentyabrın 13-də özünü zəif hiss etdiyindən “Tel ha-Şomer” klinikasına yerləşdirilib. Aparılan kompyuter tomoqrafiyasından sonra onun beyninə qan sızdığı məlum olub. Həkimlərin cəhdlərinə baxmayaraq, 94 yaşlı siyasətçi sentyabrın 28-də vəfat edib.

Haaretz qəzetinin yaydığı məlumata görə, ABŞ Prezidenti Barak Obama, Kanadanın Baş naziri Castin Tryüdo, Amerikanın sabiq lideri Bill Klinton, Demokratik Partiyadan Birləşmiş Ştatlar prezidenti postuna namizəd Hillari Klinton Şimon Peresin dəfnində iştirak etmək üçün İsrailə gəlmək niyyətindədirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.