İQTİSADİYYAT


“Şimşək” sistemi ilə pul vəsaitini komissiyasız köçürmək mümkündür

A+ A

Bakı, 5 sentyabr, AZƏRTAC

“DəmirBank”ın “Şimşək” sistemi vasitəsilə ölkə daxili pul vəsaitini komissiyasız şəkildə köçürmək mümkündür.

Bankdan AZƏRTAC-a bildiriblər ki, sentyabrın 5-dən 9-dək “DəmirBank”ın region filiallarından Bakı şəhər filiallarına “Şimşək” pul köçürmə sistemi vasitəsi ilə 3000 AZN/USD/EUR-dək və bankın Bakı şəhər filiallarından region filiallarına 1000 AZN/USD/EUR-dək pul köçürən müştərilərdən heç bir komissiya haqqı tutulmur.

Köçürmələr manat, ABŞ dolları və ya avro ilə aparıla bilər. “Şimşək” pul köçürməsində maksimal məbləğ 100 min AZN/USD/EUR-dur.

“DəmirBank” əhaliyə 200-dək ölkə üzrə pul köçürmə xidmətlərini təklif edir. Bank beynəlxalq pul köçürmələrini Zolotaya Korona, Western Union, Blizko, PrivatMoney, UPT, Leader, Forsaj sistemləri ilə həyata keçirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.