DÜNYA


Simsiz enerjidoldurmanı dəstəkləyən ilk noutbuk təqdim edilib

Bakı, 12 iyul, AZƏRTAC

“Apple” şirkəti simsiz enerjidoldurma sisteminə malik smartfon çıxarmağı planlaşdırdığı halda, “Dell” şirkəti bu texnologiyanı artıq noutbuklarda tətbiq edir. Şirkət tərəfindən təqdim edilmiş noutbuklar seriyası dünyada ilk dəfə simsiz şəkildə enerji ilə doldurula bilir. Qurğular yeddinci nəsil “Intel Core” prosessorları ilə təchiz edilib və istifadəçinin məlumatlarının mühafizəsi üçün şifrləmə funksiyası təklif edilir.

AZƏRTAC “macdigger.ru” saytına istinadən xəbər verir ki, 12,3 düymlük “Latitude 7285” noutbuku çıxarılıb taxılan klaviaturaya malik yığcam kompüter formasındadır: həm noutbuk, həm də planşet kimi istifadə etmək olar. "Planşet" hissəsi kabelsiz enerji toplaya bilmir, buna görə onu belə opsiyanı dəstəkləyən klaviaturaya qoşmaq lazımdır.

Displeyin təsvir ölçüsü 2880×1920 nöqtə təşkil edir. Konfiqurasiya “Core i5” və ya “i7” prosessoru, 8 və ya 16 giqabayt əməli yaddaş, 128, 256 və ya 512 giqabayt tutumlu sərtgövdəli daşıyıcını dəstəkləyir.

“Latitude 7285” kompüterinin qiyməti 1200 dollardır. “Wireless Charging Keyboard” simsiz enerjidoldurma və “Wireless Charging Mat” enerjidoldurma altlığı imkanına malik klaviatura üçün əlavə olaraq 550 dollar ödəmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.