MƏDƏNİYYƏT


“Simurq quşu” baleti Mariya Teatrında Eldar Əliyevin quruluşunda təqdim ediləcək

Bakı, 23 iyul, AZƏRTAC

Avqustun 15-dən 20-dək Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsinin truppası Rusiyanın şimal paytaxtında qastrolda olacaq. Truppa Sankt-Peterburq Mariya Teatrında “Apollon”, “Simurq quşu” və “Jizel” baletlərini təqdim edəcək.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, avqustun 15-də nümayiş etdiriləcək “Simurq quşu” baletinin quruluşçu xoreoqrafı və işıq üzrə rəssamı həmvətənimiz Eldar Əliyevdir.

E.Əliyev Bakıda doğulub. O, Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. E.Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.