ELM VƏ TƏHSİL


Sınaq imtahanının nəticələri açıqlanıb

Bakı, 13 iyun, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) bu il iyunun 11-də keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, hər bir abituriyent bu qurumun internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 15 min 274 abituriyentdən 350 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 4 abituriyentin imtahan nəticələri ləğv edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.