ELM VƏ TƏHSİL
Sınaq imtahanlarında iştirak edəcək abituriyentlər nələri bilməlidirlər VİDEO
Bakı, 4 aprel (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə aprelin 6-da cari il üçün ilk sınaq imtahanı keçirəcəkdir.
Komissiyadan AZƏRTAC-a bildirmişlər ki, imtahan respublikanın 22 şəhər və rayonunda, 62 imtahan mərkəzində təşkil olunacaqdır. TQDK sınaq imtahanlarında iştirak edəcək abituriyentlərin diqqətinə çatdırır ki, imtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcəkdir. Bu iki sənəddən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda, eləcə də başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar.
Səhifənin qısa keçidi: http://tqdk.gov.az/~tfwTM