DÜNYA


Sinay yarımadasında hücum nəticəsində 4 polis öldürülüb

Bakı, 9 avqust, AZƏRTAC

Avqustun 9-da Misirin Sinay yarımadasının şimalında silahlıların hücumu nəticəsində 4 polis öldürülüb.

AZƏRTAC “Sky News Arabia” telekanalına istinadla xəbər verir ki, insident Şimali Sinay əyalətinin administrativ mərkəzi olan Əl-Əriş şəhərinə gedən yolda baş verib. Silahlılar pusqu quraraq güc strukturlarının hərəkət etdiyi avtomobilə hücum ediblər.

Qeyd edək ki, Misir artıq 2 ildən artıqdır Sinay yarımadasının şimalında hərbi əməliyyatlar aparır. Son zamanlar regiondan mütəmadi olaraq baş verən hücumlar nəticəsində yüzlərlə polis və hərbçi həlak olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.