DÜNYA
Sinay yarımadasının şimalında polis əməkdaşı oğurlanıb
Qahirə, 24 avqust, AZƏRTAC
Sinay yarımadasının şimalında, Misirin Əl-Ariş şəhərində silahlı ekstremistlər polis əməkdaşını oğurlayıb və polis avtomobilini qaçırıblar.
“Əl-Masri əl-Youm” xəbər portalı güc qurumlarının məlumatına istinadla xəbər verir ki, bir qrup naməlum şəxs 27 yaşlı polis əməkdaşını silahla hədələyərək onun idarə etdiyi polis avtomobilini ələ keçirib.
Təhlükəsizlik qüvvələri şəhərdən çıxış yollarını qismən bağlayaraq həmin rayonu mühasirəyə alıblar, lakin bu tədbir də gözlənilən nəticəni verməyib.
Hüquq-mühafizə orqanları axtarışları davam etdirirlər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]