DÜNYA


Sinayda PUA vasitəsilə ekstremist qruplaşmasının lideri məhv edilib

A+ A

Qahirə, 31 avqust, АZƏRTAC

Misir ordusuna məxsus pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İŞİD-in Sinaydakı bölməsi olan “Vilayəti Sinay” ekstremist qruplaşmasının liderlərindən biri məhv edilib. Bu barədə “Masr al-Arabiya” xəbər saytı Misirin güc strukturlarındakı mənbələrə istinadla məlumat yayıb.

Qeyd olunur ki, pilotsuz uçuş aparatı Rafah şəhərinin Al-Masura kəndinin yaxınlığında hərəkət edən avtomobilə atəş açıb və sükan arxasında olan ekstremist qruplaşmanın liderlərindən biri olan Naqehi Salam Barak və onun idarə etdiyi avtomobil məhv edilib.

Аsya Hacizadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.